Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 06:34
İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda Avro-2020-nin açılış mərasimi keçirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, tədbir məşhur italiyalı sabiq futbolçular Françesko Totti və Alessandro Nestanın qonaqları salamlaması ilə başlayıb. Sonra finalın iştirakçısı 24 ölkənin bayrağı olan böyük toplar gətirilib və İtaliyanın tanınmış aria ifaçısı Andrea Boçelli "Nessun Dorma" mahnısını ifa edib. Mərasim möhtəşəm atəşfəşanlıqla davam edib.
Sonda isə Martin Qarriks və Bononun ifasında Avropa çempionatının rəsmi himni olan "We are the people" mahnısı səsləndirilib.
Açılış mərasimindən fotoları təqdim edirik: