Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 17:32
Bakı. Elçin Mehdiyev - Trend:
Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda ağır qəza baş verib.
Trend-in məlumatına görə, “Williams” komandasının pilotu Robert Kubitsa idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb.
Bolid dərhal trekdən evakuasiya edilib.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin