Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 12:24
Ötən gecə Hövsan yolunda dəhşətli yol-nəqliyyat qəzası yaşanıb.
"Cebhe.info" xəbər portalı və "Cümhuriyət" qəzetinin əməkdaşı Vilayət Muxtar da qəza yaradan avtomobilin içində olub.
Sonxeber.net xəbər verir ki, bizim.media-ya qəza barədə danışan jurnalistin bildirdiyinə görə, hadisəyə səbəb sözügedən yolda işıqlandırmanın olmaması və sürücünün həddindən artıq sürətlə avtomobili idarə etməsi olub.
Sürücü Hövsan yolunda "ölüm tuneli" kimi tanınan yolda qarşıdan gələn digər avtomobillə toqquşub. Nəticədə jurnalistin olduğu avtomobil (1 manatlıq taksi) aşıb.
Xoşbəxtlikdən qəzada ölən olmayıb, avtomobildə olan 4 sərnişin sürücü ilə birgə xəsarət alıblar. Vilayət Muxtarın sözlərinə görə hazırda çiynində, sağ ayağında, qolunda və başında ağrıları var.
Qeyd edək ki, Hövsan yolu 2015-ci ildən təmirə bağlanıb. 2018-ci ildə inşasının bitməsi planlaşdırılan 7 kilometirlik yolda təmir işləri ləng və fasilələrlə, maliyyə vəsaiti ayrıldıqca aparılır. Əsaslı təmiri bitməyən yolda vaxtaşırı qəzalar baş verib və xeyli sayda ölüm olub.
Yolun yenidən qurulması işlərinin bu qədər uzanması qəsəbə sakinləri ilə yanaşı, sürücüləri də ciddi narahat edir.
Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi məsələ ilə bağlı açıqlamalarında yolun daxili investisiya hesabına tikinti həyata keçirilən yollardan biri olduğunu bildirib. Hövsan-Zığ yolunun inşasının bu ilin sonuna kimi bitəcəyini deyiblər.