Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 22:04
Danimarka millisinin futbolçusu Kristian Eriksenin huşunu itirməsindən sonra həyat yoldaşı meydana daxil olub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Danimarka millisinin futbolçuları xanımı ağır vəziyyətdə olan yarımmüdafiəçinin yanına buraxmayıb.
Müdafiəçi Simon Kyer və qapıçı Kasper Şmeyhel onu sakitləşdirməyə çalışıb. Həmin an qadın göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, AVRO-2020-nin I turunun B qrupundakı Danimarka - Finlandiya görüşü ilk yarının sonlarında dayandırılıb.