Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 22:54
AVRO-2020-nin yarımçıq dayandırılan Danimarka - Finlandiya matçı bərpa olunub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Kristian Eriksenin huşunu itirməsi üzündən təxirə salınan matç 42-ci dəqiqədən davam etdirilir.
Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayan qarşılaşma 22:30-da bərpa olunub. Komandalar üç dəqiqə oynadıqdan sonra qısa fasilə ilə ikinci hissəyə çıxıb.
Qeyd edək ki, artıq təhlükəni adlayan Eriksenin durumu qənaətbəxşdir və müayinələrdən keçməlidir.