Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 19:52
Danimarka millisinin baş məşqçisi Kasper Yulman Eriksenin başına gələnlərdən sonra komandadakı vəziyyət barədə danışıb.
"Matç TV" xəbər verir ki, o, bütün oyunçuların şoka düşdüyünü bildirib.
Yulman Eriksenlə söhbət etdiyini və onun çox şeyi xatırlamadığını qeyd edib.
"Daha çox sizə görə həyəcan keçirirəm, uşaqlar. Necəsiniz orada?", -deyə K.Eriksen millinin üzvlərinə müraciət edib.
Yığma komandanın çalışdırıcısı UEFA-nı da qınayıb. O, bəyan edib ki, qurum Danimarka seçməsinə şok halından çıxamaq üçün yetərincə vaxt verməyib.