Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 22:10
12 illik iqtidardan soqnra Binyamin Netanyahu İsrailin baş naziri postunu tərk edərək müxalifətə gedir.
İsrailin yeni baş naziri Naftali Bennet oldu.
Sonxeber.net bildirir ki, bu gün İsrail Knessetində (ölkə parlamenti, - red.) keçirilmiş səsvermənin nəticələri belədir.
Sağçı siyasətçi, sabiq müdafiə naziri Naftali Bennetin kabineti mərkəziçi Yair Lapidin partiyası ilə formalaşdırılacağı gözlənilir.
Tərəflər arasında əldə edilmiş razılığa görə, 2023-cü ilin ortalarınadək baş nazir Bennet olacaq, sonra da yeni parlament seçkilərinədək iki il hökuməti Yair Lapid idarə edəcək.
Bennetin rəhbərlik etdiyi "Yamin" Partiyası artıq kabinetin formalaşdırılmasına başlayıb.
71 yaşlı B.Netanyahu isə sağçı "Likud" Partiyasının sədri olacaq. "Likud" İsraildə ən populyar partiya olsa da, ilk keçdikcə knessetdəki mandatlarının sayı azalır.
Naftali Bennet ifrat sağçıdır. Onun dediyinə görə, İsrail yəhudilərin milli dövləti olmalıdır.