Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2019 13:00
"Lill" "Trabzonspor"un futbolçusu Yusuf Yazıcını transfer edib.
Qol.az-ın Fransa klubunun saytına istinadən yaydığı xəbərə görə, Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Türkiyə təmsilçisi 22 yaşlı hücumameyilli yarımmüdafiəçini 16.5 milyon avroya satdığını açıqlayıb. Y.Yazıcı 2019/2020 mövsümündə 25 matçda oynayacağı təqdirdə, "Trabzonspor"a əlavə 1 milyon avro da ödəniləcək.