Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 17:45
Müğənni Rəhim Rəhimli telefonun oğurlanmasından bəhs edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişin "33 Sual" rubrikasında deyib. O bildirib ki, həmkarlarından birinin köməkçisi onun avtomobilini soyub:
"Avtomobilimin yanından keçib və telefonumu götürüb. Səhər Sevda Yahyayeva zəng edir. Deyir, hara göndərim pulu? Deyirəm nə pul? Qayıtdı ki, yazmısan 1500 pul lazımdır. Nazpəri Dostəliyevadan 4 min istəyib. Sevda zəng edib ki, gəl filan yerə pulu verim. Adam gəldi, tuta bilmədik, qaçdı. Amma gördük kimdir. Evindən tutub apardılar".