Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2021 18:45
Məşhur reper Ramil Nabran ARB TV-nin "Elgizlə İzlə" verilişinə yaxın qohumu üçün müraciət edib.
Tanınşım reper bibisi nəvəsi üçün maddi yardım istəyib:
"Muradı kənardan müşahidə etmişəm. İstedadlı uşaqdır. Gələcəyimiz olan bu uşaqların birinci növbədə sağlam olması lazımdır. İllər öncə düzgün olmayan müalicə nəticəsində Muradın qara ciyəri sirroz olub. Əməliyyat olunmalıdır. Özüm xeyriyyə tədbirlərində iştirak edirəm. Bu gün isə xalqıma bibim nəvəsi üçün müraciət edirəm. Dəstək olaq. Sizə ümidliyəm".
Qeyd edək ki, tanınşım reperin 19 yaşlı bibisi nəvəsi Murad qara ciyər sirrozundan əziyyət çəkir. Təcili qara ciyər köçürülməsi olunmazsa həyatını itirə bilər.