Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu cütlük xərçəngə qarşı da peyvənd hazırlayacaq

Bu cütlük xərçəngə qarşı da peyvənd hazırlayacaq

Tarix: 16 Iyun 2021 11:26

Koronavirus peyvəndi hazırlayan Almaniya firması "BioNTech"in qurucu ortağı türkiyəli professor Uğur Şahin və doktor Özlem Türeci xərçəngə qarşı da peyvənd hazırlayacaqlar.

Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, türkiyəli cütlük sözügedən peyvəndin 2023-cü ilə hazır olacağını bildirib.

Onlar pandemiyadan əvvəl xərçəng peyvəndi istehsalı üzərində çalışıblar. Hazırladıqları koronavirus peyvəndində istifadə olunan "mRNA" texnologiyasının xərçənglə mübarizədə böyük təsir göstərəcəyinə inandıqlarını söyləyən cütlük immunitet sistemini öyrətməklə bu virusla mübarizə texnologiyasını şişlərə qarşı mübarizədə istifadə etməyi hədəfləyir.

"mRNA" texnologiyası hazırda melanoma və beyin şişləri kimi güclü xərçəng növlərinin müalicəsi üçün sınaqdan keçirilir.


Etiketlər:  cütlük xərçəngə qarşı peyvənd hazırlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ