Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2021 22:54
Koronavirus peyvəndi hazırlayan Almaniya firması "BioNTech"in qurucu ortağı türkiyəli professor Uğur Şahin və doktor Özlem Türeci xərçəngə qarşı da peyvənd hazırlayacaqlar.
Sonxeber.net xəbər verir ki, türkiyəli cütlük sözügedən peyvəndin 2023-cü ilə hazır olacağını bildirib.
Onlar pandemiyadan əvvəl xərçəng peyvəndi istehsalı üzərində çalışıblar. Hazırladıqları koronavirus peyvəndində istifadə olunan "mRNA" texnologiyasının xərçənglə mübarizədə böyük təsir göstərəcəyinə inandıqlarını söyləyən cütlük immunitet sistemini öyrətməklə bu virusla mübarizə texnologiyasını şişlərə qarşı mübarizədə istifadə etməyi hədəfləyir.
"mRNA" texnologiyası hazırda melanoma və beyin şişləri kimi güclü xərçəng növlərinin müalicəsi üçün sınaqdan keçirilir. /medicina.az