Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2021 12:06
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter əmisi qızı Kerolayn ilə yazışmalarda asiyalılar barədə alçaldıcı fikirlər səsləndirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yazışmalar Hanter Baydenin noutbukunda tapılıb. ABŞ prezidentinin oğlu əmisi qızından onun üçün zəngin model dostlarından biri ilə görüş təşkil etməsini istəyib. Bundan sonra Kerolayn əmisi oğlunun amerikalı, yoxsa əcnəbi ilə danışmaq istədiyini soruşub.
"Assimilyasiya olunmuş əcnəbi gedər. Sarı qətiyyən olmaz", - deyə Hanter cavab verib.
Qeyd edək ki, yazışmalar 2019-cu ildə olub.