Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Aqil Əliyev öncə vətən dedi - VİDEO

Şəhid Aqil Əliyev öncə vətən dedi - VİDEO

Tarix: 17 Iyun 2021 13:40

Vətənin bütövlüyünü, azadlığını hərşeydən uca tuturdu. Elə vətəni üçün də canından keçərək şəhadətə yüksəldi. Yolum Polad yolu, Mübariz yoludur dedi. Elə o müqəddəs yolda da vətənin azadlığı üçün savaşdı. Vətənimiz azadlığa qovuşdu o isə azad ölkənin şəhadətə ucalan şəhid övladı oldu.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Tovuz döyüşləri zamanı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun onun yanında şəhadə ucalması onda qisas hissini, Milli qəhrəman Mübariz İbrahimovun tək başına düşmənin başına od ələməsi isə döyüş əzmini bərkitmişdi. İki qəhrəmandan ilhamlanan şəhid hərbçimiz Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu şəhid Əliyev Aqil Faiq oğlu vətən torpaqlarını işaldan azad etmək eşqi ilə yaşayıb.

Tovuzun Pələkli kəndində dünyaya göz açan Aqil hələ gənc yaşlarından hər zaman bayrağa bükülüb fotolar çəkdirər və anasına deyərmiş ki, mən bu bayrağı işğaldan azad edilən torpaqlarda qaldıracam. Bu istəklə də Aqil müddətli hərbi xidmətdən illər sonra yenidən hərb sənətinə yiyələnir. Tovuz döyüşlərində məharətlə savaşan Aqil Şəhid Milli Qəhrəmanımız, General-mayor Polad Həşimovun nəşi qarşısında söz verir ki, onun qisasını alacaq. Beləcə Sentyabrın 27-dən döyüşə qatılan igidimiz üç hərbi vəzifəni icra etməklə düşmənə qan udduranlardan birinə çevrilir. Aqil Əliyevin göstərdiyi şücaətlər və cəsurluq döyüş yoldaşlarını da heyrətə gətirib. 

Aqil evin son beşiyi olduğu üçün onu böyük bacısı böyüdüb. Ona görə də o hər sirrini, arzusunu bacısı ilə bölürmüş. Elə şəhadətə ucalacağını da bacısına deyib.

Şəhid hərbçimiz sonuncu dəfə anası ilə danışanda ona səhhətindən və qardaşı qızı Ayandan  muğayət olmağı xahiş edib. Anasına deyə bilmədiyi sözləri isə sətr-sətr, bənd-bənd şeirə həkk edib.

Hələ gənc yaşlarından şerlər  yazan Aqil ölümündən əvvəl məzar daşına yazılacaq sözləri də qeydə alıb.

Aqil Suqovuşan uğrunda  gedən döyüşlər zamanı şəhadətə ucalıb. Düşmən mövqelərini darmadağın edib geri qayıdan zaman onun olduğu avtomobil tank əleyhinə idarə olunan raketlə vurulub. Aqilin döyüşlərdə göstərdiyi şücaətlər "İgidliyə görə", "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" medalları ilə dəyərləndirilib. 


Etiketlər:  Şəhid Aqil Əliyev öncə vətən dedi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ