Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda “sükut günü”dür

İranda “sükut günü”dür

Tarix: 17 Iyun 2021 16:14

İranda iyunun 18-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar aparılan təbliğat-təşviqat kampaniyası bu gün səhər saat 07:00-da başa çatıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu gün İranda "sükut günü"dür.

Sabah xalq öz seçimini edərək növbəti 4 il üçün İranın yeni prezidentini seçəcək.

İranda prezident postu uğrunda 4 nəfər - İranın Məhkəmə Sisteminin sədri Seyid İbrahim Rəisi, Mərkəzi Bankın sədri Nasir Himməti, Məsləhət Şurasının katibi, SEPAH-ın sabiq komandiri Möhsin Rzayi və sabiq deputat Seyid Əmir Hüseyn Qazizadə Haşimi mübarizə aparacaq.

Yerli mətbuat əsas mübarizənin İ. Rəisi ilə N. Himməti arasında gedəcəyini bildirir.

Sabah səsvermə saat 08:00-dan başlayaraq 00:00-dək davam edəcək.

İran Daxili İşlər Nazirliyi seçkilərin nəticələrinin şənbə günü səhərədək açıqlanacağını bildirib. İranda seçkilərdə 60 milyona yaxın insanın səsvermə hüququ var.


Etiketlər:  İranda sükut günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ