Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaqublunun Muxtarlısı: biri orada, biri burada, ikisi də yalanda

Yaqublunun Muxtarlısı: biri orada, biri burada,  ikisi də yalanda

Tarix: 18 Iyun 2021 10:45

Bir neçə gündür ki, tək regionun deyil, dünyanın diqqəti Bakıya dikilib. Dünyanın ən mötəbər idman yarışmasından biri - Avro-2020 çempionatının bir neçə oyununun Bakıda keçirilməsi qürurverici bir hal kimi hər birimizdə sevinc hissi doğurur. İllər əvvəl yatıb yuxumuza da girməzdi ki, belə bir möhtəşəm tədbirə Azərbaycan da ev sahibliyi edə bilər. Yəqin ki, milli təəssübkeşliyi olan normal insan bundan qürurlanmalı, fəxr etməlidir. Təəssüf hissi ilə qeyd etməliyik ki, özünü radikal müxalifət adlandıran kəsim bu dəyərdən məhrumdur və verdikləri açıqlamalar da bunu bir daha təsdiq edir. Konkret olaraq söhbət bir vaxtlar Müsavat Partiyasından biabırcasına qovulan və AXCP sədri Əli Kərimliyə sığınan Tofiq Yaqublu və ona bənzərlərdən gedir. Bu və buna bənzər insanların gözünü nifrət, kin-küdurət o qədər tutub ki, hətta ən ülvi hesab olunan məsələlərdə belə milli təssübkeşlik nümayiş etdirə bilmirlər.

İdman yarışı ilə yanaşı, iki gün əvvəl Azərbaycanın işğaldan azad edilən Şuşada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və prezident İlham Əliyev arasında imzalanan Şuşa Bəyannaməsinə olan münasibəti götürək. Həmin bu ünsür jurnalistin üzdəniraq bir nəşrin səfərlə bağlı sualına görün necə reaksiya verir. Yaqublu məsələnin mahiyyətini bir kənara qoyub Türkiyə və Azərbaycan liderlərini iyrənc formada ittiham etməyə başlayır. Bu zavallı heç olmasa arada bir erməni mediasına nəzərə salsa yaxşı olar. Hətta orada belə ən ağır günlərdə, strateji məsələlərdə külüngü bir yerə vurduqlarını görə bilərik. Məsələn, konkret Rusiya ilə bağlı. Rusiyaya nirfət bəsləsələr də, bir erməni siyasi xadim onun əleyhinə bəyanat və fikir səsləndirmir. T. Yaqubluya deyən lazımdır ki, ay sapı özümüzdən olan balta sən kimsən axı millətə mənəviyyat və siyasi əxlaq dərsi keçirsən.

Bu gün artıq tam əmilkiklə demək olar ki, bu və buna bənzərlər erməni lobbisi və onun təsiri altında olan Qərb mediasına xidmət edir. Hüquq müdafiə təşkilatları və muzdlu yazarlarla birləşib Azərbaycana qarşı məqsədli kampaniya həyata keçirməyə başlayıblar. Məqsəd ölkəmizin diqqətini Ermənistanın iddialarının dəf edilməsi, işğaldan azad olunmuş ərazilırin bərpası, ərazi bütövlüyünün bərpa edilməsi faktının daha da möhkəmləndirilməsi, perspektiv addımların planlaşdırılması və həyata keçirilməsi istiqamətində reallaşdırılan siyasətdən yayındırmaqdır. Lakin Yaqublu və ona bənzər Əfqan Muxtarlı, Sevinc Osmanqızı, Qənimət Zahid kimiləri anlamalıdırlar ki, onların istədiyi Azərbaycanı ancaq yatıb yuxularında görə bilərlər.

Azərbaycan xalqı kimin kim olduğunu çox gözəl anlayır və nəticə çıxarır. 44 günlük Qarabağ Zəfəri bunun əyani sübutudur. Məhz həmin günlərdə dünya xalq-hakimiyyət birliyinin əyani şahidi oldu. Təəssüf ki, özlərini "müxalifət" adlandıran ünsürlər hələ də bu gerçəkliyi anlamaq istəmirlər.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Yaqublunun Muxtarlısı biri orada biri burada ikisi yalanda


RƏYLƏR