Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 14:02
Danimarka millisinin futbolçusu Kristian Eriksen əməliyyat olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, AVRO-2020-nin Finlandiya ilə oyununda (0:1) huşunu itirən yarımmüdafiəçiyə implant kardioverter-defibrilyator yerləşdirilib.
Bu cihaz həyat üçün təhlükəli olan aritmiyaların aradan qaldırılmasına xidmət edir və ürək dayanmasının qarşısını alır. Həkimlər Eriksenin özünü yaxşı hiss etdiyini və artıq bu gün xəstəxanadan evə buraxılacağını açıqlayıb.
Qeyd edək ki, iyunun 12-də keçirilən matçın ilk yarısının sonlarında yerə yıxılan və ürəyi dayanan Eriksenə təcili tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.