Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk oyuna görə pis nəticə deyil” - Rəşad Sadıqov

İlk oyuna görə pis nəticə deyil” - Rəşad Sadıqov

Tarix: 7 Avqust 2019 00:08

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL üzərində 2:1 hesablı qələbəni şərh edib.

O, güclü rəqibə qarşı oynadıqlarını deyib: “Bizim üçün vacib oyun idi. Güclü rəqibə qarşı oynayırdıq. Səviyyələri ortada idi. Təcrübəli komandadır. Çox şükürlər olsun ki, yaxşı mübarizə apardıq. İlk oyuna görə, pis nəticə deyil. Qarşıda bizi çox vacib oyun gözləyir. Bakıda keçiriləcək cavab oyununa köklənməliyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 13-ü Bakı vaxtı ilə 20:30-da başlayacaq (Qafqazinfo).

 


Etiketlər:  İlk oyuna görə nəticə deyil Rəşad Sadıqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ