Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi

Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi

Tarix: 19 Iyun 2021 23:18

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 48 kq-da mübarizə Fərahim Mustafayev qızıl medal uğrunda türkiyəli Sərvət Anqı ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançımız qitə çempionu olub.

55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukyasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son bir dəqiqədə yeddi xal götürərək, son xal prinsipi ilə rəqibini məğlub edib. Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.

Milli.Az


Etiketlər:  Azərbaycanlı güləşçi 07 uduzduğu görüşdə erməniyə qalib gəlib hərbi salam verdi


RƏYLƏR