Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Enrike: ''Bu görüşü sakitcə izləmək istəyirəm''

Enrike: ''Bu görüşü sakitcə izləmək istəyirəm''

Tarix: 20 Iyun 2021 14:08

İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Polşa ilə heç-heçə etdikləri oyundan danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, mütəxəssis deyib:

"Bu görüşü sakitcə izləmək və təhlil etmək istəyirəm. Bu, bizə ən yaxşı hissləri vermədi. Bəlkə də matç ərzində üstünlük qazandıq, ancaq qalib gəlmək üçün kifayət deyildi.

Polşanın oyun tərzini bəyəndim. Onlar əla şanslar yaradırdıar. Bəlkə, daha rahat oynamaq əvəzinə bəzən çox düşünürdük. Heyif ki, penalti təyin etmədilər. Çünki bu, həlledici məqam idi. Düzü, oyunda daha çox şey əldə edəcəyimizi düşünürdüm, amma alınmadı. Nəticə komandanın oyunundakı qüsurları tez-tez aşkarlayır. Müsbət olmadıqda, vəziyyəti diqqətlə təhlil etməlisiniz".

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.


Etiketlər:  Enrike görüşü sakitcə izləmək istəyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ