Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 23:06
ABŞ-ın Alabama ştatında pis hava şəraiti səbəbindən yaranmış qəzalarda 10 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində doqquz uşaq və bir yetkin insan ölüb. Telekanalın yerli icra orqanlarına istinadən verdiyi məlumata görə, hadisə bölgədə tüğyan edən cərəyanlar səbəbindən baş verib.
Yerli "Tuscaloosa News" qəzeti pis hava şəraitinin səbəb olduğu daha bir hadisə barədə xəbər verib: ağac bir evin üstünə aşıb, 24 yaşlı kişi və onun 3 yaşlı oğlu ölüb.
"USA Today" qəzeti xəbər verir ki, cərəyan ABŞ-ın Alabama ştatında leysan yağışlara, daşqına və güclü küləklərə səbəb olub.