Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finalçılar müəyyənləşib

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finalçılar müəyyənləşib

Tarix: 27 Aprel 2019 20:00

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, finala Dina Averina (Rusiya, 20.650 bal), Anastasiya Salos (Belarus, 20.050 bal), Vlada Nikolçenko (Ukrayna, 19.600 bal), Arina Averina (Rusiya, 19.100 bal), Boryana Kaleyn (Bolqarıstan, 19.000 bal), Yekaterina Qalkina (Belarus, 18.900 bal), Nikol Zelikman (İsrail, 18.500 bal), Kseniya Mustafayeva (Fransa, 18.300 bal) yüksəliblər.

Azərbaycanlı gimastlar Zöhrə Ağamirova (16.600 bal) və Veronika Qudis (15.950 bal) finala yüksələ bilməyiblər.

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finalçılar müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ