Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 08:58
Amerikalı ifaçı Selena Qomez "Vogue" jurnalının üz qabığında yeni imicdə görünüb.
Bu barədə musiqiçi özünün "Instagram" hesabından fotolarını paylaşıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, kadrlarda sarı saçlarla görünən Qomez pərəstişkarlarını heyran qoyub.
Qeyd edək ki, çəkilişlər müğənninin "Rare Beauty" kosmetik markasının satışa çıxarılması münasibəti ilə həyata keçirilib.
"Rare Beauty" ilə məqsədim real olmayan gözəllik standartlarını pozmaq idi. Şəxsi təcrübəmdən bu qeyri-mümkün gözəllik standartlarının zehni sağlamlığım üçün necə zərərli olduğuna əmin oldum və eyni fikirdə olan bir çox insanı tanıyıram. Cəmiyyətimizin psixi rifahını dəstəkləmək üçün mənə gözəllikdə təhlükəsiz, komfort məkan yaratmaq vacib idi", - deyə Qomez vurğulayıb.