Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada prezident seçkilərinin vaxtı açıqlandı

Fransada prezident seçkilərinin vaxtı açıqlandı

Tarix: 22 Iyun 2021 22:12

Fransada gələn il keçiriləcək prezident seçkilərinin tarixi bəlli olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 2022-ci ildəki seçkilərin ilk turunun aprelin 10-da, ikinci turunun isə aprelin 24-də keçirilməsi planlaşdırılır.

Fransa konstitusiyasına görə, Prezidentlik vəzifəsinin təhvil verilməsi 13 may 2022-ci ildən öncə baş tutmalıdır. Bu, Beşinci Respublikanın 12-ci prezident seçkisi olacaq.

Milli Cəbhə Partiyasının lideri Marine Le Pen, "Ayağa qalx, Fransa" partiyasının lideri Nikolas Dupont-Aignan, "Boyun əyməyən Fransa" partiyasının lideri Cin-Luk Melenxon və Havier Bertrantın rəsmi olaraq namizədlikləri elan olunub. Anne Hidalqo və mövcud prezident Emmanuel Makronun da namizəd olması gözlənilir.

Milli.Az


Etiketlər:  Fransada prezident seçkilərinin vaxtı açıqlandı


RƏYLƏR