Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2021 14:15
"Toyların keçirilməsinə icazə verildiyi üçün hamı sevindiyi kimi mən də sevinirəm. Bu qərar tək müğənnilər üçün yox, hamı üçün sevindirici xəbər oldu".
Bunu Sonxeber.net-a açıqlamasında müğənni Manaf Ağayev il yarımdan sonra toyların keçirilməsinə icazə verilməsi qərarını şərh edərkən deyib.
"Toylar kralı" bildirib ki, əhalinin maddi vəziyyəti yaxşı olmadığı üçün toy qiymətimdə hər hansı bir dəyişiklik olmayacaq:
"Bu qərardan sonra hansı müğənnidə necədir bilmirəm. Məndə keçən ilki toyların behləri verilib, qalmışdı. Onlar hamısı tarixlər dəyişilə-dəyişilə tədricən yerinə oturur. Əlavə toylarımız da gəlir, toy çoxdur, həddindən artıq çoxdur. Elə toylar var ki, 5-i birdən eyni tarixə gəlir, götürə bilmirsən. Çünki yer olmadığı üçün geri çevirməyə məcbur qalıram. Adam var bir toyu 3 gün edir. Qonaq sayına məhdudiyyət qoyulduğu üçün 2, 3 gün dalbadal toy edirlər. Ona görə də musiqiçilər bütün bu sifarişləri götürməyə çatdırmırlar. Toy çoxdur, rayonlar var, kəndlər var, bölgələr var, şəhərlər var. Həm də qarşıdan Məhərrəmlik gəldiyi üçün hamı istəyir tez toy etsin, toyların sayı da onunla bağlı bir tərəfdən artıb.
Toy qiymətimdə heç bir dəyişiklik ola bilməz. Çünki əhalinin maddi vəziyyəti yaxşı deyil. Camaat pandemiyadan, karantindən çıxıb. Ona görə də qiymətləri qaldırmaq düzgün deyil. Mən öz tərəfimdən bu addımı düzgün hesab etmirəm. Amma kimlərsə toy qiymətini qaldırır. Menyulara da baxırsan ki, əvvəllər 80 manata olan menyu indi 150 manatdır. Bu cəhətdən çox dəyişiklik var. Amma şəxsən mən tərəfdən heç bir dəyişiklik olmayacaq".
Məhəmməd Vaqif