Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəhşətli cinayət: Keçmiş həyat yoldaşını küçənin ortasında güllələdi - VİDEO

Dəhşətli cinayət: Keçmiş həyat yoldaşını küçənin ortasında güllələdi - VİDEO

Tarix: 23 Iyun 2021 14:26

Türkiyənin İstanbul şəhərində rəfiqəsi ilə gəzintiyə çıxan qadın keçmiş əri tərəfindən silahlı hücuma məruz qalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kişi silahı keçmiş həyat yoldaşının ayaqlarına tuşlayaraq ona bir neçə dəfə atəş açıb.

Hadisəyə müdaxilə edən qadının rəfiqəsi silahlı şəxsi itələyərək yerə yıxıb və nəticədə kişi qaçaraq ərazidən uzaqlaşıb.

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Hücumu həyata keçirən şəxs qısa müddət sonra saxlanılıb.

Milli.Az


Etiketlər:  Dəhşətli cinayət Keçmiş həyat yoldaşını küçənin ortasında güllələdi VİDEO


RƏYLƏR