Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2021 07:42
- 110 qram qabartma tozu
- 55 qram qarğıdalı nişastası
- 55 qram limon duzu
- 55 qram ingilis duzu
- 1/2 çay qaşığı su
- 1 çay qaşığı esensial yağ
- 1/4 çay qaşığı Hindistan qozu yağı
- 1-2 damcı qida boyası.
Dərin bir qabın içərisinə köpüyü hazırlamaq üçün lazım olan quru maddələri töküb, yaxşıca qarışdırmaq lazımdır. Başqa bir qabda sulu maddələr bir-birinə qarışdırılır. Hind qozu yağı digər maddələrə rahat qarışsın deyə bir az isidilir. Sulu maddələri digər qabda olan quru qarışımın üzərinə əlavə edib yaxşı-yaxşı qarışdırılır. Sonra qarışımdan bir ovuc ələ alınıb yuvarlaq şəklə salınır. Əgər çox bərk olarsa bir az su qatmaq olar. Vanna köpüyünü şəkilləndirmək istəyirsinizsə, onu qəlibə salmaq olar. Tam quruyandan sonra köpüyü qəlibdən çıxartmaq lazımdır. Qəlibdən çıxardıqda qoparsa yenidən isladıb yapışdırmaq olar.