Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi vətəndaşlar şənliklərdə iştirak şərtlərindən narazıdırlar - VİDEO

Bəzi vətəndaşlar şənliklərdə iştirak şərtlərindən narazıdırlar - VİDEO

Tarix: 24 Iyun 2021 10:40

Toylara icazə verilməsi xəbəri insanların üzünü güldürsə də, bəzi şərtlər heç də ürəklərincə olmayıb. Narazılığın əsas səbəbi 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVID-19-a qarşı tam peyvənd olunma qərarıdır.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Fazir Mustafa deyib ki, Operativ Qərərgahın gecikmiş bu qərarında boşluqlar var.

O düşünür ki, sözügedən qərar iştirakçılar və şadlıq evləri işlədənlərə problemlər yaradacaq.

Millət vəkili təklif edir ki, COVID-19 pasportu tələbinin əvəzinə, sosial məsafə və bu kimi digər profilaktik tədbirlər görülməlidir.

İnsanların bir-bir COVID-19 pasportunun yoxlanılmasının özü də böyük bir problem yaradacaq. Bu həm də müvafiq qurumlar üçün də əziyyət olacaq.

Xatırladaq ki, ötən ilin mart ayının 13-dən ölkə ərazisində toyların keçirilməsi qadağan edilmişdi. Həmin qadağa nəhayət iyulun 1-i aradan qaldırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Bəzi vətəndaşlar şənliklərdə iştirak şərtlərindən narazıdırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ