Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan tarixində İlk dəfə - Vəkillərin sayı iki mini keçdi

Azərbaycan tarixində İlk dəfə - Vəkillərin sayı iki mini keçdi

Tarix: 24 Iyun 2021 15:38

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 98 namizədin təntənəli surətdə andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər vəkil andı içiblər.

Sonxeber.net xəbər veri ki, bununla da, son 3 ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 2.5 dəfə artaraq, 840-dan 2025-ə çatıb.

İclas zamanı yeni vəkillər çıxış edib, vəkillik sahəsində son dövrdə həyata keçirilən islahatlar və görülən işlər ilə bağlı fikirlərini söyləyib, o cümlədən bu peşəni seçdikləri üçün məmnun olduqlarını bildiriblər. Sonda iclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilib.


Etiketlər:  Azərbaycan tarixində İlk dəfə Vəkillərin sayı mini keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ