Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ucarda yol qəzası: 1600 abonent qazsız qaldı

Ucarda yol qəzası: 1600 abonent qazsız qaldı

Tarix: 24 Iyun 2021 19:34

Ucarda baş verən yol qəzasında 1600 abonent qazsız qalıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə bu gün axsam saatlarında H. Əliyev prospektində qeydə alınıb.

Ucar rayon sakini, 1991-cı il təvəllüdlü Həsən Tərlanovun idarə etdiyi "Chevrolet" markalı maşın ilə Qalib İmanovun idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə "Chevrolet"in sürücüsü H. Tərlanov aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində qaz xətti ciddi zədələnib.

Ucar qaz istismar sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. İstismar sahəsindən o da bildirilib ki, qısa müddətə qaz sızması dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.


Etiketlər:  Ucarda qəzası 1600 abonent qazsız qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ