Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Küveytli hücumçudan dünya rekordu

Küveytli hücumçudan dünya rekordu

Tarix: 26 Iyun 2021 16:42

Küveyt millisinin kapitanı Bader əl-Mutava dünya rekordu vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, Ərəb Kubokunda Bəhreynlə keçirilən matçda buna nail olub.

Komandasının 0:2 hesabı ilə məğlub olduğu görüşdə start heyətində meydana çıxan 36 yaşlı hücumçu 185-ci dəfə millinin formasını geyinib. Əl-Mutava Misir yığmasında 184 oyun keçirən Ahmed Hassanın rekordunu yeniləyib. Bu baxımdan ilk "üçlük"də İspaniya millisinin kapitanı Serxio Ramos qapayıb. "Real"ın sabiq müdafiəçisinin aktivində 180 görüş var. Portuqaliyalı Kriştiano Ronaldo isə 178 dəfə meydana çıxıb.

Qeyd edək ki, Bader əl-Mutava milli karyerasına 2003-cü il sentyabrın 4-də - 18 yaş 237 günlüyündə başlayıb.

Milli.Az


Etiketlər:  Küveytli hücumçudan dünya rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ