Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 12:10
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qarabağa səfərinə dair fotolar paylaşıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, paylaşımında Türkiyənin ölkəmizə dəstəyindən yazıb.
"Hər həftə Qarabağdayıq. Qarabağın bərpa və inkişafı üçün Türkiyə olaraq hər cür dəstəyi verəcəyik".
Qeyd edək ki, səfir bundan əvvəl Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Qarabağa səfər etdiyini yazmışdı.