Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2021 16:38
Katolik kilsəsinin idarə mərkəzi olan Vatikan polşalı kardinal Stanislav Çivinsin Krakov Baş Yepiskopluğu dönəmində bəzi cinsi istismar faktlarını ört-basdır etməkdə ittiham olunmasını araşdırdığını açıqlayıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, II İohan Pavelin yaxın adamlarından olan kardinalın baş yepiskop olduğu dövrdə - 2005-2016-cı illərdə cinsi istismar faktlarının üstünü basdırması ittihamlarını araşdırmaq vəzifəsini kardinal Angelo Baqnaskoya həvalə edib.
Vatikanın Varşavadakı Səfirliyindən bildirilib ki, kardinalın Polşaya iyunun 17-dən başlayan səfəri bu gün başa çatıb.
Kardinalın topladığı materialları Vatikana təqdim edəcəyi gözlənilir.
Kardinal Stanislav Çivinsin isə haqqındakı ittihamları rədd etdiyi bildirilib.