Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dividendlər hansı halda vergiyə cəlb olunur?

Dividendlər hansı halda vergiyə cəlb olunur?

Tarix: 28 Iyun 2021 20:40

Vergi Məcəlləsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən Sonxeber.net-a bildirilib ki, dividentin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən vergi tutulubsa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Bununla yanaşı, cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və ödəmə mənbəyində vergi tutulur.

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.


Etiketlər:  Dividendlər hansı halda vergiyə cəlb olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ