Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur professor Hindistan ştammına qalib gəlməyin ƏN EFFEKTİV YOLUNU açıqladı

Məşhur professor Hindistan ştammına qalib gəlməyin ƏN EFFEKTİV YOLUNU açıqladı

Tarix: 28 Iyun 2021 20:42

Dünyada kornavirus pandemiyasına qarşı mübarizə üçün vaksinasiya işləri sürətlə aparılır. Digər tərəfdən də virusun Delta variantı sürətlə yayılmağa başlayıb.

Sonxeber.net xəbr verir ki, ki, Türkiyənin tannmış infeksionisti və mikrobioloqu professor Kəmaləddin Aydın Delta ştammı ilə effektli mübarizə üsullarından bəhs edib.

Xəstəliyin qarşısını almaq üçün vaksinasiyanın effektivliyindən söz açan həkim yeni ştammın Avropada ciddi fəsadlar törətdiyini bildirib: "Peyvəndin ilk dozasının qoruyuculuq faizi 80-86 faizdir. Lakin Delta variantında peyvəndin qoruyuculuq faizi 30 faizə düşüb. İkinci dozadan sonra bu qoruyuculuq yüksək həddə çatır. İkinci dozadan sonra Delta əndişəsi sona çatacaq. Əgər vaksinasiya olmasaq, peyvənd səviyyəsi yüksək olmazsa, birinci və ikinci doz arasında tədbirləri sürətləndirməsək, payız mövsümündə virusla yenidən müharibə dövrünə girəcəyik. Bu səbəblə hər iki doza peyvənd olunmağa tələsməliyik.

Peyvənd nisbəti bu şəkildə gedərsə və cəmiyyət peyvənd olunarsa, avqustun ortalarında kütləvi immunitet əldə etmiş olacağıq. Buna çatdıqda, artıq ciddi qapanmalar olmayacaq". (publika.az)


Etiketlər:  Məşhur professor Hindistan ştammına qalib gəlməyin EFFEKTİV YOLUNU açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ