Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Çinə qarşı bu ölkə ilə birləşir

ABŞ Çinə qarşı bu ölkə ilə birləşir

Tarix: 29 Iyun 2021 10:40

ABŞ Çinin etirazlarına baxmayaraq, Tayvanla bütün əməkdaşlıq sahələrində əlaqələrini gücləndirmək niyyətindədir.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

"ABŞ və Tayvan yaxın vaxtlarda ticarət və iqtisadi mövzularda danışıqlar aparmaq niyyətindədir. Bununla bağlı məsləhətləşmələr 30 iyunda keçiriləcək. Tayvana dəstəyimiz dəyişməzdir. İqtisadi məsələlər də daxil olmaqla bütün əməkdaşlıq sahələrində əlaqələrimizi gücləndirməyə davam edəcəyik. Çinin Tayvana təcavüzündən narahat olduğumuzu açıq şəkildə bildirdik.Bu mövzuda Pekinə ciddi narahatlığımızı bildirməyə davam edəcəyik", - deyə Ağ Ev sözçüsü əlavə edib.


Etiketlər:  ABŞ Çinə qarşı ölkə ilə birləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ