Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 13:16
Ermənistan Baş nazirinin müavini vəzifəsini icra edən Mher Qriqoryan XİN rəhbəri vəzifəsinə əsas namizədlərdən hesab olunur.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti mənbələrinə istinad edərək məlumat verib.
"Hazırda seçim olaraq Baş nazir müavini vəzifəsini icra edən Mher Qriqoryan üzərində dayanılıb", - deyə məqalədə qeyd olunub.
Qriqoryanın namizədliyinin Rusiya siyasi quruluşu üçün məqbul olduğu və eyni zamanda kifayət qədər iş təcrübəsinə sahib olduğu bildirilir.
Qriqoryan "Joğovurd"un sözügedən xəbərini şərh edərkən belə bir məlumata saib olmadığını bildirib və gələcək hökumətin qurulması ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, Ermənistanın sonuncu xarici işlər naziri Ara Ayvazyan 27 may tarixində vəzifəsindən istefa vermişdi.