Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 21:42
İyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlar qadağan olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu barədə Sonxeber.net-a bildirilib ki, qadağan olunmuş plastiklərin idxalına, istehsalına və satışına cərimə var:
"Cərimənin miqdarı vəzifəli şəxslər üçün 1000-1500 manat, hüquqi şəxslər üçün 3000-4000 manatdır".
Qeyd edilib ki, qadağan olunmuş plastiklərdən təkrar cərimə isə vəzifəli şəxslər üçün 1500-2000 manat, hüquqi şəxslər üçün isə 4000-5000 manat təşkil edir.