Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşağın qətli 58 il sonra “Facebook”da mesaj vasitəsi ilə aşkarlandı - FOTO

Uşağın qətli 58 il sonra “Facebook”da mesaj vasitəsi ilə aşkarlandı - FOTO

Tarix: 1 Iyul 2021 08:02

1963-cü ildə ABŞ-ın Oregon şəhərinin şərqində dağlarda bir balıqçı tərəfindən tapılan naməlum uşağın kimliyi on illər sonra "Facebook"da mesaj vasitəsi ilə müəyyən olunub.

Bu barədə "The Mirror" xəbər verib.

İki yaşlı oğlanın ölüm işi cəsəd tapıldıqdan cəmi bir ay sonra heç kimin onu müəyyən edə bilməməsi səbəbindən bağlanmışdı. 2008-ci ildə elm adamları uşağın DNT nümunəsini götürdü. Bundan sonra onun təxmini təsviri yaradıldı, bununla belə uşağın kimliyi naməlum olaraq qalıb.

2020-ci ilin sonunda hüquq-mühafizə orqanlarına gizli işarəli mesaj yollanıb. Bundan sonra polis DNT mütəxəssisləri və genealoqlarla əlaqə saxlayaraq şəcərə ağacı diaqramı hazırlayıb.

İnanılmaz olsa da, nəhəng bazada araşdırma nəticəsində ölən uşağın iki potensial bacı və qardaşı aşkarlanıb.

"Ohayoda DNT ilə təsdiqlənmiş anabir qardaşı ilə müsahibə zamanı onun Nyu-Meksikoda doğulmuş "daun" sindromlu qardaşının itdiyini öyrəndik. Əlavə araşdırmalar zamanı doğum şəhadətnaməsi tapıldı və Kin-Krik Douda tapılan uşağın kimliyi  58 il sonra öyrənildi: 10 fevral 1960-cı il təvəllüdlü Stiv Krouford", - deyə polis idarəsindən bildirilib.

O da məlumdur ki, uşağın anası qatarla səfərdən qayıtdıqdan sonra ailəsinə "Stivin qayğısına qalındığını" deyib. Qadının hazırda vəfat etməsi istintaqın işini çətinləşdirir.

Bu mərhələdə uşağın ölüm şərtləri hələ ki, aydın deyil.

Milli.Az


Etiketlər:  Uşağın qətli 58 il sonra Facebookda mesaj vasitəsi ilə aşkarlandı FOTO


RƏYLƏR