Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2021 12:00
Türkiyənin İstanbul şəhərinin Esenyurt bölgəsində toyda qız və oğlan tərəfləri arasında mübahisə yaranıb.
Sonxeber.net ölkə.az-a istinadən xəbər verir ki, mübahisəyə səbəb toyda qonaqların gəlinə taxdığı qızıllar olub.
Gəlin qızılları qoyaraq atası ilə birgə toy yerini tərk edərkən qapının ağzında qudalar arasında əlbəyaxa dava düşüb.
Vəziyyəti görən gəlin əsəbləşərək gəlin maşınını yumruqlamağa başlayıb.
Davaya görə toy yarımçıq qalıb, gəlin isə atasının maşınına minərək ərazidən uzaqlaşıb.