Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 11:15
"Mən çox gözələm, ideal xanımam".
Sonxeber.net xəbər verir ki, bunu ərindən ayrıldıqdan sonra köçüb Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova "Həmin Zaur" verilişində deyib.
İdeal bədən quruluşu ilə seçilən şou-biznes nümayəndəsi fikirlərini belə izah edib:
"Həm xarakter cəhətdən, həm də gözəllik baxımından mən özümü çox sevirəm. Çox adamda gözəlliyi ilə xarakteri uyğun gəlmir, amma nədənsə məndə ilahi bir vergi olub".
Müğənnini açıq-saçıq geyimdə görən Zaur Kamal "Sevinc, yaylamısan əməlli-başlı" deyib. İfaçı "Nə edim, çox istidir də" cavabını verib.
Məhəmməd Vaqif