Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 17:20
Çexiya millisinin hücumçusu Patrik Şik Avropa çempionatlarında vurulan qol sayına görə komandasının rekordçusu ola bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hazırda rekord Avro-2004-də 5 qol vuran Milan Baroşa məxsusdur. Patrik Şik isə "Avro-2020"də 4 dəfə rəqib qapılarına yol tapıb. O, Danimarkaya qarşı Bakıda keçiriləcək "Avro-2020"nin 1/4 finalında da 1 qol vursa, Baroşun rekorduna şərik çıxacaq, 2 qol vuracağı halda isə bu göstəricidə lider olacaq.
Xatırladaq ki, Çexiya - Danimarka görüşü iyulun 3-də keçiriləcək və yerli vaxtla saat 20.00-da başlanacaq.