Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2019 16:44
"Neftçi”nin Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsrailin "Bney Yehuda” klubu ilə cavab oyunu da canlı yayımlanacaq.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda keçiriləcək görüş "CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, cavab matçı avqustun 15-i Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, "Neftçi" İsrail təmsilçisinə qarşı bu gün Bakıda keçirəcəyi ilk oyun da (saat 21:00) "CBC Sport"da yayımlanacaq.