Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan böyük problemlərlə toqquşacaq - Mantaşyan

Ermənistan böyük problemlərlə toqquşacaq - Mantaşyan

Tarix: 3 Iyul 2021 17:34

Hakimiyyət maksimum 1,5 il həzz ala biləcək.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Blokunun rəsmi nümayəndəsi Narek Mantaşyan deyib. O, Ermənistan hökumətinin daha böyük problemlərlə toqquşacağını və bunlara cavab verə bilməyəcəyini deyib.

Mantaşyan həmçinin hakimiyyətin təbliğat maşınının yalnız Köçəryan və blokunu ləkələmək üçün işlədiyini bildirib. Onun sözlərinə görə, Ermənistan Bloku parlamentdə hər konkret situasiyaya lazımi qiymət verəcək:

"Əgər situasiya bizim parlament tribunasını tutmağımızı tələb etsə, əmin olun ki, tribuna tutulacaq. Xalq müxalifətin necə olmaq lazım olduğunu görəcək".


Etiketlər:  Ermənistan böyük problemlərlə toqquşacaq Mantaşyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ