Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göygöl rayonunda su problemi yaşanır - Sakinlər çətin durumdadırlar - VİDEO

Göygöl rayonunda su problemi yaşanır - Sakinlər çətin durumdadırlar - VİDEO

Tarix: 5 Iyul 2021 16:34

Göygöl rayonunun Mollacəlilli kəndində su problemi yaşanır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, artıq 3 ilə yaxındır ki, kənddə eyni vəziyyət hökm sürür.

Kənd sakinləri deyirlər ki, uzun müddətdir davam edən susuzluq artıq kənddə təsərrüfatla məşğul olmağı müşkülə çevirib.

Bundan başqa, kəndin içməli su problemi də sakinləri təngə gətirib.

Mollacəlilli kənd icra nümayəndəsi Məmməd Məmmədov deyir ki, kənddə yeni artezian quyularının qazılması üçün mütəxəssislər müsbət rəy verməyiblər, ancaq dağılan su borularının bərpası nəzərdə tutulur.

Göygöl Suvarma Sistemləri İdarəsindən isə "Xəzər Xəbər"ə bildirdilər ki, kəndə QHT layihəsi ilə çəkilmiş su xətti kənd bələdiyyəsinin balansındadır. Buna baxmayaraq, bələdiyyə təşəbbüs göstərərsə, idarə xəttin bərpasına yardım göstərməyə hazırdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az


Etiketlər:  Göygöl rayonunda su problemi yaşanır Sakinlər çətin durumdadırlar VİDEO


RƏYLƏR