Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 20:08
Filippinin cənubundakı Sulu əyalətinə eniş zamanı hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 50-ə çatıb.
Sonxeber.net-ın lent.az-a istinadən məlumatına görə, qəzadan 49 nəfərin xilas olduğu və 47 nəfəri hərbi qulluqçu olan 50 nəfərin həyatını itirdiyi bildirilib. Təyyarənin düşdüyü kənddə 3 sakin də həlak olub.
Hadisə dünən yerli vaxtla 11:30 radələrində baş verib. 3 pilot, 5 heyət üzvü və 88 hərbi personal və ümumilikdə 96 nəfərlik C-130 tipli hərbi təyyarə, Sulu vilayətindəki Jolo adasına enməyə çalışarkən, eyni bölgədəki Patikul qəsəbəsinin Bangal kəndində yerə çırpılıb.