Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan diplomatları bağışlamadı: Ermənistan XİN-də repressiyalar davam edir

Paşinyan diplomatları bağışlamadı: Ermənistan XİN-də repressiyalar davam edir

Tarix: 6 Iyul 2021 11:20

"Ermənistan Xarici İşlər Nazirliyində gərgin atmosfer hökm sürür. Düşüncəsindən, peşəkar diplomatlardan qurtulma prosesi davam edir".

Sonxeber.net xəbər verir ki, bu barədə İrəvanda çıxan  "Hraparak" qəzeti yazır. Bundan əvvəl nəşr 10 erməni diplomatın xaricə ailələri ilə yola salınmasının təxirə salındığını bildirmişdi. Paşinyan hökuməti Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın təyin etdiyi şəxslərin respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində işləməməsinə qərar verib. Qəzetin yazdığına görə, hökumət indi bu diplomatların Facebook hesablarını diqqətlə araşdırır. "Və Allah qorusun, "Vətəndaş Müqaviləsi"ni tənqid edən bir postun altında bir şərh və ya oxşar bir şey tapacaqlar. O zaman diplomatlar xaricdə işləmək hüququnu deyil, karyera perspektivlərini də itirəcəklər" - deyə qəzet yazır.

Qeyd olunur ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ona qarşı çıxan nazirlik heyətini bağışlamamağa qərar verib. Xarici İşlər Nazirliyinin işçilərindən səbirli olmaları və yeni bir nazir təyin olunmasını gözləmələri xahiş olunur.

Kamran Seyidov


Etiketlər:  Paşinyan diplomatları bağışlamadı Ermənistan XİN repressiyalar davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ