Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 13:50
"Sülh müqaviləsinin imzalanması sərhədlərin qarşılıqlı tanınmasını nəzərdə tutur".
Bunu Sonxeber.net-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, Moskva Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanımağa icazə verməyəcək:
"Ermənistan rəhbərliyi Qarabağın Azərbaycan olduğunu etiraf etməlidir. Rəsmi İrəvanın bunu çox yaxında edəcəyinə şübhə edirəm. Rus hərbçiləri Qarabağdadır və Rusiya Federasiyası Ermənistanın cənubunda yeni bir baza inşa edir.
Birdən Paşinyan əsas məsələ ilə bağlı "güzəşt"ə getmək (Azərbaycanın ərazi bütövlüyünü tanımaq - red) qərarına gəlsə, 30 ildir aparılan işğalçılıq siyasəti sonrası ölkə daxilində anlaşılmaz bir vəziyyət yarana bilər. Moskva buna icazə verməyəcək".
Təhməz Əsədov