Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 21:14
"Sumqayıt"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Çukariçki"nin (Serbiya) futbolçusu Stefan Şapiç "gənclik şəhəri" təmsilçisi ilə keçirəcəkləri oyunlardan danışıb.
O, "alo.rs" saytına açıqlamasında deyib:
"Açığı, hələlik rəqib haqqında məlumatımız azdır. Amma, şablon səslənsə də, bu gün hamı futbol oynamağı bacarır. Məşqçilər heyəti lazım olan hər şeyi edəcək. bizim işimiz isə onların tapşırıqlarını yerinə yetirmək və ilk dəqiqələrdən meydanda düzgün oynamaqdır".
Qeyd edək ki, "Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq.