Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: I təsnifat mərhələsinə start verildi

Çempionlar Liqası: I təsnifat mərhələsinə start verildi

Tarix: 7 Iyul 2021 07:24

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub. Günün ilk matçları Bakı vaxtı saat 20:00-da başlayıb. Estoniya "Flora"sı Malta "Hibernians"ını, Macarıstan "Ferentsvaroş"u Kosovo "Priştina"sını, Finlandiya HİK-i isə Monteneqro "Buduçnost"unu qəbul edib. Bu oyunlar meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Digər oyunlarda Şimali İrlandiyanın "Linfild" klubu Litva "Jalgiris"inin, Bosniya və Herseqovinanın "Borats" komandası isə Rumıniya ÇFR-inin qonağı olub. Bu oyunlarda da qələbəni meydan sahibləri bayram ediblər.
 
Günün son görüşlərində isə "Fola Eş" (Lüksemburq) "Linkoln"la (Cəbəllütariq), "Şkendiya" (Şimali Makedoniya) isə "Mura" (Sloveniya) ilə qarşılaşıb. Lüksemburqda heç-heçə qeydə alınıbsa, Şimali Makedoniya çempionu doğma meydanda məğlubiyyətə üzülüb.
 
Çempionlar Liqası
2021/22 mövsümü
I təsnifat mərhələsi (İlk oyunlar)
6 iyul
 
Ferentsvaroş (Macarıstan) - Priştina (Kosovo) 3:0
 
Flora (Estoniya) - Hamrun Spartans (Malta) 2:0
 
HİK (Finlandiya) - Buduçnost (Monteneqro) 3:1
 
ÇFR (Rumıniya) - Borats (Bosniya və Herseqovina) 3:1
 
Jalgiris (Vilnüs, Litva) - Linfild (Şimali İrlandiya) 3:1
 
Fola (Lüksemburq) - Linkoln (Cəbəllütariq) 2:2
 
Şkendiya (Şimali Makedoniya) - Mura (Sloveniya) 0:1
 
Qeyd edək ki, bu raundun digər 9 oyunu iyulun 7-də baş tutacaq. Cavab qarşılaşmaları isə 13-14 iyulda olacaq.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası təsnifat mərhələsinə start verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ